03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nobel mükafatının qalibi açıqlandı

04.10.2021

Bu gün İsveçin paytaxtı Stokholmda 2021-ci il Nobel həftəsi start götürüb.

DM-in məlumatına görə, bu gün tibb və fiziologiya üzrə mükafatın sahibi açıqlanıb.

Bu il bu mükafatı amerikalı fizioloq Devid Culius əldə edib.

O, orqanizmdə temperatur və toxunuş reseptorlarını kəşf etdiyinə görə Nobel mükafatına layiq görülüb.

Qeyd edək ki, Nobel həftəsi çərçivəsində oktyabrın 5-də fizika, oktyabrın 6-da kimya, 7-də ədəbiyyat, oktyabrın 8-da sülh və oktyabrın 11-də iqtisadiyyat üzrə Nobel mükafatlarının laureatları açıqlanacaq.

Mükafatlar bu il dekabrın 10-da sahiblərinə təqdim olunacaq.