03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məhəmməd peyğəmbərin karikaturalarının müəllifi öldü

04.10.2021

Məhəmməd peyğəmbərin karikaturlarının müəllifi isveçli Lars Vilks ölkənin cənubunda Krunoberq əyalətinin Markarud kəndi yaxınlığında yol qəzasında ölüb

DM xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində onun mühafizəçiləri olan iki polis əməkdaşı da həlak olub. Vilksin və mühafizəçilərin olduğu maşın yük avtomobili ilə toqquşub. Zərbənin gücündən hər iki avtomobil yanıb. Yük maşınının sürücüsü ağır yaralanıb. Qəzanın necə baş verdiyi barədə hələlik məlumat yoxdur.

Xatırladaq ki, müəllifin peyğəmbərlə bağlı çəkdiyi karikaturalar 2007-ci ilin noyabr ayında İsveçin "Nerikes Allehanda” qəzetində dərc olunub. Nəşr dünyanın bir çox ölkələrində müsəlmanların qəzəbinə səbəb olub. O, ölümlə təhdid edildiyi üçün polisin himayəsində yaşayırdı.