03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Saakaşviliyə azadlıq tələbi ilə aksiyalar keçiriləcək

04.10.2021

 Gürcüstanın Rustavi şəhərində keçmiş prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə aksiya keçiriləcək. 

DM xəbər verir  ki, bu  barədə  Gürcüstan KİV-ləri məlumat  yayıb. 

Məlumata görə, aksiya bu gün saat 15:00-da siyasətçinin saxlanıldığı cəzaçəkmə müəssisəsinin qarşısında "Mişaya azadlıq!” şüarı ilə keçiriləcək. Eyni tələblə saat 18:00-a başqa aksiya da planlaşdırılıb. Təşkilatçı "Gürcüstan naminə” hərəkatın fəallarıdır.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki 12 saylı penitensiar müəssisəyə yerləşdirilib.