05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vüqar Gülməmmədov iclas keçirdi

01.10.2021

Bu gün Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə qurumda kollegiya iclası keçirilib.

DM Palataya istinadən xəbər verir ki, iclasda Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin sədri Sadiq Qurbanov da iştirak edib.

İştirakçılar bu ilin İş Planında nəzərdə tutulmuş "Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin meşələrin idarəedilməsi fəaliyyətinin qiymətləndirilməsi üzrə” nəzarət tədbirinin nəticələrinə dair auditor hesabatını müzakirə edərək müvafiq qərar qəbul edib, eləcə də Hesablama Palatasının funksional fəaliyyəti ilə bağlı cari məsələlərə baxıb.