07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Saakaşvili Ukraynadadır" - KİV

01.10.2021

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukrayna sərhədlərini tərk etməyib, buna görə də o, Gürcüstanda ola bilməz.

DM unikal.org-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə bildirib.

Bu gün səhər Saakaşvili "Facebook” vasitəsi artıq vətəndə olduğunu elan edib. "Vahid Milli Hərəkat” Partiyasındakı tərəfdaşları məlumatı təsdiqlədilər. Gürcüstan hakimiyyəti isə xəbəri təkzib edib.

"Ukrayna tərəfi ilə aktiv kommunikasiyamız və ünsiyyətimiz olub, əminliklə deyə bilərəm ki, Mixail Saakaşvili Ukrayna sərhədlərini keçməyib”, - Daraxvelidze deyib.

Gürcüstanın "İmedi" telekanalı isə Saakaşvilinin dörd gündür Ukraynanın Truskavets şəhərində olduğunu açıqlayıb: "Saakaşvili sentyabrın 24 -də Amsterdamdan Ukraynaya gedib, bundan sonra Ukrayna ərazisini tərk etməyib. Əldə etdiyimiz məlumata görə, son dörd gündür ki, Ukraynanın Truskavets şəhərindədir".