07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran Bakının bu cavablarını nəzərə alır? – Zülfüqarov

01.10.2021

İranın qəribə təbliğatı var. Azərbaycanla sərhəddə SEPAH qəfil "sionist təhlükəsi” tapır, amma İsraillə sərhəd olan Suriyada sərhəd tərəfə baxmağa qorxur.

DM xəbər verir ki, bunu keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

"Mənim üçün maraqlıdır, İranda Azərbaycanın cavab tədbirlərini hesablayırlar? Misal üçün belə:

- böhran zamanı Türkyə HHQ-nin Azərbaycana yerləşdirilməsi;

- Azərbaycan Silahlı Qüvvələrinin hərbi birləşmələrinin təcili yerləşdirilməsi zərurəti ilə əlaqədar Şərqi Zəngəzurda sülhməramlı əməliyyatın erkən dayandırılması tələbi;

- Naxçıvanla fasiləsiz əlaqəni təmin etmək üçün Zəngəzur dəhlizinə müvəqqəti nəzarət;

- Türkiyə, Pakistan, Rusiya, İsrail və NATO ölkələrinə uzunmüddətli kredit və yardım çərçivəsində silah tədarükü üçün müraciət...

Bunlar dərhal gələn fikirlərdir, əgər fikirləşsək, daha çox ideyalar təklif etmək olar.

Ümumiyyətlə, belə təəssürat oyanır ki, kimsə SEPAH-da İranın yeni hökumətinə ziyan vurmaq istəyir”, - politoloq qeyd edib.