06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Emin Əmrullayevdən AÇIQLAMA

01.10.2021

"Bəzən hansısa universitetlərin reytinqi yüksək olsa da, ixtisasa görə reytinqi elə də ürəkaçan olmur. Həm bakalavr, həm magistr proqramları ehtiyaclara uyğun müəyyən ediləcək”.

"Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin "Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” imzaladığı sərəncamla bağlı danışarkən deyib.

Nazir bildirib ki, proqramın böyük hissəsi magistr pilləsini əhatə edəcək.

E.Əmrullayev vurğulayıb ki, bakalavr pilləsi üzrə ən yüksək reytinqli və müxtəlif sahələrdə (beynəlxalq olimpiadalarda) fərqli nailiyyətlər əldə edən gənclərin xaricdə təhsilinin maliyyələşdirilməsi mümkün olacaq.