08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sular qana boyandı - FOTO

17.08.2018

Britaniyadakı Kembric Universitetinin tələbəsi, 22 yaşlı Alister Uord Farer adalarındakı ənənəvi qara delfin ovunun fotolarını çəkib.
"Dövran Media" Daily Mail-ə istinadən bildirir ki, Farer arxipelaqındakı Voar adasında, Sandavour buxtasında onlarla "qrind", yəni qara delfin öldürülüb.
Atlantik okeanının şimalında, Norveç və İslandiya arasında olan Farer arxipelaqı 18 kiçik adadan ibarətdir.
Qrindin əti və xüsusilə də yağı 50 min farerli üçün soyuq qış aylarında əsas azuqə sayılır.
"Qayıqlardakı balıqçılar avarlar vasitəsilə delfinləri sahilə tərəf qovdular. Buxtada isə sahildə durmuş farerlilər işə qoşuldular və delfinləri öldürməyə başladılar. Onlar delfinləri kəndirlərlə bağlayıb sahilə sürüdələr, sonra bıçaqla öldürdülər", - Uord deyib.
Farer arxipelaqında hər il təqribən 800 qrind ovlanır.