28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Elnur Əşrəfoğlunun son durumu necədir?

29.09.2021

 "Elnurun müalicəsi ölkə rəhbərliyinin ciddi nəzarətindədir”.

Bu barədə onun həyat yoldaşı məlumat verib.

O bildirib ki, Elnurun müalicəsi üçün lazım olan bütün dərmanlar və tibbi ləvazimatlar qarşılanır:

"Prezidentin köməkçisi Anar Ələkbərov tez-tez əlaqə saxlayır, vəziyyəti və müalicənin gedişatı ilə bağlı maraqlanır. Həkimlər də əllərindən gələni edirlər. Hər kəsə təşəkkür edirik. Ümid edirik ki, çəkilən əziyyətlər yerdə qalmayacaq. İnşallah qısa zamanda Elnurun səhhətində yaxşılaşma olmasını diləyirəm”.

Xatırladaq ki, koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlu hazırda "Yeni Klinika”da ECMO aparatına qoşulu vəziyyətdə müalicəsini davam etdirir. Anası Zöhrə Hüseynova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı müvafiq köməyin göstərilməsini xahiş edib. Heydər Əliyev Fondu koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb.