29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Cəbrayıl Dövlətzadənin anım günüdür

29.09.2021

 Bu gün Vətən müharibəsinin ən gənc şəhidlərindən olan Cəbrayıl Dövlətzadənin anım günüdür. 

DM xəbər verir ki, Vətən müharibəsinin qəhrəmanlarından olan gənc 2001-ci il sentyabrın 11-də Sumqayıt şəhərində anadan olub.

Əslən Zəngilan rayonundan olan qəhrəmanımız 2019-cu ilin oktyabrından Sərhəd Qoşunlarının sıralarında Cəlilabad rayonunda yerləşən "N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət edib.

Cəbrayıl Dövlətzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində savaşıb. 

Vətən müharibəsinin ilk şəhidlərindən olan Cəbrayıl Dövlətzadə 19 yaşında bir erməni generalını və polkovnikini əlləri ilə boğaraq öldürüb. Hər kəs onu general-mayor Polad Həşimovun qisasını alan qəhrəman kimi tanıdı, xatirəsini əbədiləşdirdi.

Döyüş yoldaşları Cəbrayılın anası Məleykə Məmmədzadəni ziyarət edən zaman ona oğlunun qəhrəmanlıqlarından danışıblar. Əsgər yoldaşlarının sözlərinə görə, Cəbrayıl şəhid olduğu həmin döyüş tapşırığını yerinə yetirməyə tək girib və 11-ə yaxın erməni hərbçini məhv edib.

O, sentyabrın 28-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində şəhidlik zirvəsinə ucalıb. İgid Vətən oğlu öz idealı, mərhum general mayor Polad Həşimovun yanında, İkinci Fəxri xiyabanda sentyabrın 29-da torpağa tapşırılıb.

Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Cəbrayıl Dövlətzadə ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda” və  "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.