29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

XTQ zabiti Şuşaya giriş planından danışdı

29.09.2021

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin həkim zabiti Namiq Seyfəddinli Vətən müharibəsindən danışıb.

DM xəbər verir ki, o, Mircavidan Niftullayevin "Youtube” kanalına müsahibə verib.

N.Seyfəddinli Şuşa şəhərinə hücumdan söz açıb: "XTQ Şuşaya daxil olanda ən çətin olan bu idi ki, təxliyə üçün yol yox idi. Biz Çanaqçı kəndində mövqe tutmuşduq. Komanda verdilər ki, 13 km düşmən arxasına irəliləməliyik. Biz Laçın yolunu tutmalıydıq, əsas qüvvələr də Daşaltı istiqamətindən şəhərində daxil olmalı idi. 300 nəfərlik heyətlə səhər saat 10-da hərəkətə başladıq. Mən də sumkama ancaq tibb ləvazimatları yığmışdım. Dayanmadan 20 saat yol getdik. Bizə ərzaq təminatı atlarla gəlirdi. Şuşaya doğru gedəndə qatı duman var idi. Orada xeyli yaralı var idi. Onların yanına çatıb həkiməm deyəndə hamısı sevindi”.