29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu silah Türkiyəyə verilmədiyi üçün əvəzində S-400 alır

29.09.2021

 "Türkiyə "Patriot" istəyir, verilmədiyi üçün S-400 alırıq. Pulumuzla "Patriot" sistemi almaq istəyirik. Prezidentimiz Obama dönəmində bunu çox deyib".

DM xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın müsahibəsində deyib.

"Biz F-35 proqramının əvvəldən içindəyik. F-35 ABŞ texnologiyası ilə istehsal olunur. Bu müqavilə çərçivəsində bizə verilməli olan beş ədəd F-35 gözləyir.

Necə başqa NATO ölkəsinə satdınızsa, biz də satın almaq istəyirik. Bizə Çindən, Rusiyadan, Avropadan və ABŞ-dan dörd sistemlə əlaqədar dörd təklif gəldi. Çinlə bir görüş keçirdik, sonra bundan əl çəkdik.

Təkliflər gələndə elə bildilər, Prezidentimiz blef edir. S-400 məsələsi ciddiləşəndə hay-küyə başladılar. Nəticədə, S-400 almaq məcburiyyətində qaldıq, aldıq"- deyə o qeyd edib.