08 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə “iPhone”u BAYKOT EDİR

16.08.2018

Türkiyədə pərakəndə satışla məşğul olan ticarətçilər ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq çağırışından sonra "iPhone” smartfonlarını almaqdan imtina ediblər.
"Dövran Media" "Hürriyet”ə istinadla xəbər verir ki, Ankara bu üsulla Vaşinqtonun tətbiq etdiyi sanksiyalara və rüsumlara cavab verməyə hazırlaşır.
İnternet vasitəsi ilə satışları həyata keçirən "Dogubank” artıq oktyabr və noyabr üçün ümumi dəyəri 50 milyon dollar təşkil edən "iPhone” sifarişlərini ləğv edib.
Boykot digər elektronika məhsullarına da, - daha az miqyasda, -  şamil olunur.
Avqustun 14-də Ərdoğan Türkiyə vətəndaşlarını Amerika məhsullarından imtina etməyə çağırıb. 
"Apple” məhsullarına üstünlük verənlərə prezident "Samsung” şirkətinin məhsullarına keçməyi tövsiyə edib.