Navalnıya qarşı yeni bir ittiham   
    
                          
     
                         29.09.2021
 
    
                        					Rusiyada müxalif Aleksey Navalnıya qarşı ekstremist təşkilat yaratmaq və təşkilata rəhbərlik etmək ittihamı irəli sürülüb.
DM xəbər verir ki, cinayət işi A. Navalnı ilə yanaşı, Leonid Volkov, İvan Jdanova və daha bir neçə nəfərin barəsində başladılıb.
"Ekstremist cəmiyyətin qanunsuz fəaliyyəti dövlət orqanlarını və onların siyasətini gözdən salmaq, bölgələrdə vəziyyəti qeyri-sabitləşdirmək, əhali arasında etiraz əhval-ruhiyyəsi yaratmaq və hakimiyyətin zorla dəyişdirilməsinin zəruriliyi barədə ictimai rəy formalaşdırmaq, etiraz aksiyası təşkil etmək və keçirməyə istiqamətlənib”, - deyə Rusiya İstintaq Komitəsinin məlumatında qeyd edilib.