27 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

2025-ci ildə hava taksiləri istifadəyə veriləcək

28.09.2021

Cənubi Koreyanın paytaxtı Seul şəhərində 2025-ci ildə hava taksiləri istifadəyə veriləcək.

DM-in məlumatına görə, bu barədə ölkənin Dövlət Əraziləri, İnfrastruktur və Nəqliyyat Nazirliyinin şəhər nəqliyyatı ilə bağlı konsepsiyasında deyilir.

Qeyd olunur ki, aerotaksilərin kommersiya istismarının ilkin mərhələsi 2025-2029-cu illəri əhatə edəcək. Bu müddətdə taksilər Seulun mərkəzini Kimpho və İnçhin hava limanları ilə əlaqələndirəcək.

Aerotaksilər istismarın ilk mərhələlərində sürücülər tərəfindən idarə olunacaq. 2035-ci ildən başlayaraq isə taksilər pilotsuz hərəkət edəcək.

Hava taksilərinin 300-600 metr yüksəklikdə hərəkət etməsi nəzərdə tutulur.