25 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənilər ən çox itkiləri hansı istiqamətdə verib?

28.09.2021

"Bizim təqvimimizdə artıq Zəfər Günü var. Ali Baş Komandan ölkəmizin iqtisadiyyatını gücləndirdi, orduda islahatlar apardı, Ordumuzu ən müasir silahlarla təmin etdi və zamanı gələndə "İrəli” komandasını verdi. Düşmən müharibə zamanı ballistik silahlardan tutmuş digər vasitələrlə bizə zərbələr endirdi”.

DM-in xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Kadrlar baş idarəsinin rəisi, general-mayor Bəkir Orucov deyib.

Onun sözlərinə görə, düşmən fikirləşirdi ki, Aprel döyüşlərində itirdikləri torpaqları geri alacaqlar:

"Ancaq onlar elə ən çox itkiləri də orada verdilər. Belə bir müharibə dünya tarixində görülməyib. Azərbaycan Ordusu öz qəhrəmanlığı ilə tarix yazıb”.