24 10 2021-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/10/2021
22/10/2021
21/10/2021

İranın Suriyadakı bazası bombardman edildi

28.09.2021

 Suriyanın şərqindəki Deyr əz-Zor bölgəsində İranın dəstəklədiyi qruplaşmanın bazası bombardman edilib.

DM xəbər verir ki, bu məlumatı "Röyters” agentliyi yayıb.

Məlumata görə, bir neçə zərbədən sonra qruplaşmanın yerləşdiyi ərazidə təcili yardım maşınları müşahidə edilib. Bazaya kim tərəfindən zərbə endirildiyi məlum deyil.

Qeyd edək ki, İran bir müddət öncə Deyr əz-Zordakı mövcudluğunu gücləndirmişdi.