23 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabahın hava proqnozu AÇIQLANDI

27.09.2021

Sentyabrın 28-dən oktyabrın 1-i gündüzədək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.

Sentyabrın 30-da şimal-şərq küləyi arabir 15-18 m/s-dək güclənəcək.

Sentyabrın 28-i şimal və şərq rayonlarından başlayaraq oktyabrın 2-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Şimal və şərq rayonlarında yağışın güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.