18 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Prezidentdən Zəngəzur dəhlizi barədə AÇIQLAMA

27.09.2021

 "Bu ilin əvvəlində yanvar ayında Moskvada üçtərəfli görüş keçirildi. Bu görüş zamanı daha çox müharibədən sonrakı dövrlə bağlı mövzular müzakirə edildi. Çünki müharibənin başa çatmasından cəmi iki ay keçmişdi. Daha sonra prezidentlər səviyyəsində üçtərəfli görüş olmadı. Ancaq baş nazir müavinləri səviyyəsində bir işgüzar heyət yaradıldı”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev "Anadolu” Agentliyinə müsahibəsi zamanı Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla yaxın gələcəkdə üçtərəfli görüşün keçirilməsi ehtimalı barədə danışarkən deyib.

"Bu qrupda ilk olaraq Zəngəzur dəhlizinin açılması mövzusunda işlər həyata keçirildi, lakin iyunun əvvəlində Ermənistan seçkilər səbəbilə bu qrupdakı iştirakını başa vurdu. İyunda orada seçki keçirildi və avqusun ortalarında bu qrup yenidən bir araya gəldi. Gələn ay yenidən bir araya gələcəklər. Bu qrupun vacib bir format olduğunu düşünürəm, çünki hələ bir nəticə olmasa da, təmas mövcuddur. Təmas indiki halda lazımlı bir vasitədir və bu təmaslarda bir çox mövzu həll edilə bilər.

Biz Azərbaycanda Zəngəzur dəhlizinin yaradılması istiqamətində genişmiqyaslı işlərə başladıq. Zəngilana dəmiryolu və avtomobil yolu çəkilir, hava limanları inşa edilir. Bizim öz torpaqlarımızdakı işləri iki il ərzində bitirəcəyimizi düşünürəm, çünki buradakı işlərin həcmi çox böyükdür. Ermənistan ərazisindəki dəmiryolu və avtomobil yolunun uzunluğu 40 kilometrdir. Bu 1 və ya 1,5 ildə həyata keçirilə bilər. Biz bunu gözləyirik”, - deyə dövlət başçısı bildirib.

Dövlət başçısı həmçinin aparıcının "Zəngəzur dəhlizi Ermənistanla münasibətlərin normallaşdırmağa başlamasına bir şərtdir?” sualını bu cür cavab verib:

"Əlbəttə bir şərtdir, çünki 10 noyabr bəyanatında bu göstərilib. Ermənistan bu öhdəliyi üzərinə götürüb. Əgər bu öhdəliyi icra etməsə, o zaman hansı normallaşmadan söhbət gedə bilər? İkincisi, yenə əvvəlki fikirlərimə qayıdıram. Ermənistan müharibədən sonrakı dövrü düzgün təhlil etməlidir. Artıq vəziyyət tamamilə fərqlidir. İndiki vəziyyət qüvvələr balansını açıq şəkildə ortaya qoyur. İşğal dövründə də biz həm özümüzün, həm də Ermənistan ordusunun hansı imkanlara sahib olduğunu bilirdik. Biz tarazlığı çox əvvəldən öz lehimizə dəyişdirdiyimizi bilirdik. İndi bunu bütün dünya görür. Ona görə də indiki məqamda Ermənistanın Azərbaycanla münasibətlərini normallaşdırmaq üçün daha çox səy göstərməli olduğunu düşünürəm. Çünki bu onlar üçün önəmlidir. Biz bunsuz da yaşaya bilərik. Necə ki, yaşadıq. İndi də yaşayırıq və daha yaxşı yaşayacağıq, çünki bu əraziyə yenidən sahib olduq. Öz torpaqlarımıza qayıtdıq. Onların vəziyyəti daha pisləşdi. Bu səbəbdən daim münaqişədə olmaq, qonşularla münasibətləri saxta tarixə əsaslanaraq planlaşdırmaq çox yanlış bir addımdır”.