26 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pakistanlı ekspertdən AÇIQLAMA

27.09.2021

"Azərbaycanın Vətən müharibəsindəki qələbəsi beynəlxalq münasibətlərdə yeni reallığı şərtləndirib”.

Bunu "Report”a müsahibəsində Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Teymur Əkrəm bildirib.

"Azərbaycan, Prezident İlham Əliyevin uzaqgörənliyi və müdrik siyasəti sayəsində qələbə qazandı. İlham Əliyev dövründəki hakimiyyət öz rəqiblərini bütün cəbhələrdə üstələdi. Bununla əlaqədar olaraq, Prezident İlham Əliyevin seçdiyi effektiv strategiyaların haqqını vermək lazımdır. Qələbə sayəsində Azərbaycan regionun ən populyar və dinamik liderinə çevrildi”, - Xalid Teymur Əkrəm deyib.

Onun sözlərinə görə, İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan möhkəm siyasi və iqtisadi tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində effektiv siyasəti davam etdirdi, 44 günlük müharibədə Azərbaycanın qələbəsi isə xalqı daha da birləşdirdi.