20 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Dünya çempionatı başlayır

27.09.2021

Bu gün qadınlardan ibarət şahmat milli komandamız İspaniyanın Barselona şəhərinin cənub-qərbində yerləşən Sices qəsəbəsində keçiriləcək dünya çempionatında mübarizə aparacaq.

DM-in xəbərinə görə, Gülnar Məmmədova (2406), Ülviyyə Fətəliyeva (2310), Günay Məmmədzadə (2280), Türkan Məmmədyarova (2243) və Zeynəb Məmmədyarovadan (2198) ibarət komandamız A qrupunda yarışacaq.

Komandamız bu gün ilk iki turda əvvəlcə Hindistan, daha sonra Ermənistanla qarşılaşacaq. Hindistanla görüş Bakı vaxtı ilə saat 17:00-da, Ermənistanla qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, A qrupunda Rusiya Federasiyasının Şahmat Komandası, Fransa və İspaniya komandaları da mübarizə aparır. B qrupunda isə FIDE Amerikas (Peru, Argentina, Kanada, Paraqvay və Kubadan ibarət şahmatçılar – S.M.), Ukrayna, Qazaxıstan, Almaniya, Gürcüstan və Polşa milliləri yarışacaq.

Qrupda ilk 4 sıranı tutan komandalar 1/4 finala vəsiqə qazanacaq. Dünya çempionatına oktyabrın 2-də yekun vurulacaq.