20 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Prezidentdən İran "TIR"larının qanunsuz səfərləri ilə bağlı AÇIQLAMA

27.09.2021

"İran "TIR"larının qanunsuz olaraq Qarabağa getməsi birinci dəfə baş vermir. Bu, işğal dövründə də dəfələrlə olan hadisədir".

DM xəbər verir ki, bunu Prezident İlham Əliyev "Anadolu" agentliyinə müsahibəsində deyib. O bildirib ki, İran "TIR"ları işğal dövründə də müntəzəm olaraq Qarabağa gedirdi:

"Bununla bağlı bizim məlumatımız var idi. Lakin indiki qədər dəqiq məlumatımız yox idi. Buna görə də, biz müxtəlif yollarla İran tərəfinə narazılığımızı ifadə edirdik, amma proses yenə də davam edirdi. Müharibə başa çatdıqdan sonra Laçın koridoru bizim gözümüzün önündədir. Bizim hərbi mövqelərimizdən Xankəndinə gedən yola məsafə, bəlkə də, 5-6 metrdir. Biz Laçın koridoru boyunca, o cümlədən, Şuşa ətrafında və digər yerlərdə kifayət qədər texniki imkanlara malikik. Kameralar var,peyklərdən və dronlardan istifadə edirik.

Biz gördük ki, həmin "TIR"lar müharibədən sonra da ora getməyə davam edir. Belə olan halda, mən Prezident Administrasiyasının əməkdaşlarına tapşırıq verdim ki, İranın Azərbaycandakı səfiri ilə görüşünlər. Dostca görüşsünlər və bildirsinlər ki, buna son qoyulmalıdır. Bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlilkdir".