08 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yığmamız balansını 886 xal artırdı

16.08.2018

Azərbaycanın futbol yığması FIFA reytinqində 880 xaldan çox toplasa da, mövqeyi dəyişməyib.
"Dövran Media" xəbər verir ki, milli komanda balansını 886 xal artırsa da, 1207 xalla FIFA-nın yenilənmiş reytinqində 105-ci yerini qoruyub-saxlayıb.
Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsindəki rəqibləri isə reytinqdə belə qərarlaşıblar: Farer adaları 90-cı yer (1268), Kosovo 141 (1080), Malta 184 (928). Dünya reytinqinə hazırkı çempionlar – Fransa yığması başçılıq edir. Onların aktivində 1726 xal var.