Bakıda Anım Günü ilə əlaqədar yürüş keçirilir  
    
                          
     
                         27.09.2021
 
    
                         27 sentyabr Vətən müharibəsinin Anım Günü ilə əlaqədar tədbir başlayıb. 
DM xəbər verir ki, hərbçilər əllərində Vətən müharibəsi şəhidlərinin şəkilləri həkk olunan plakatlarla anım yürüşü edir. 
Azadlıq meydanından başlayan anım yürüşü Ağ Şəhər istiqamətində davam edir. 
Yürüşün son nöqtəsi Hərbi Qənimətlər Parkı olacaq.