25 08 2025-cu il Bakı 28 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

"27 Sentyabr Azərbaycan tarixində dönüş nöqtəsi oldu" - Ceyhun Bayramov

27.09.2021

27 Sentyabr Azərbaycan tarixində dönüş nöqtəsi oldu. 2020-ci il sentyabrın 27-də erməni təxribatlarına cavab olaraq Azərbaycan öz hüququndan istifadə etməklə əks-hücum əməliyyatlarına başladı.

DM xəbər verur ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin İstanbulda keçirilən toplantısında deyib.

C.Bayramov bildirib ki, 44 gün ərzində Azərbaycan ərazilərinin 30 il davam edən erməni işğalına son qoyuldu.

Nazir bildirib ki, Azərbaycan 44 günlük müharibə dövründə və müharibədən sonra azad edilmiş ərazilərin bərpa və yenidən qurma işlərində Şuraya üzv olan ölkələrin göstərdikləri həmrəyliyi yüksək qiymətləndirir.