25 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Gələn il "Texnofest"i Azərbaycanda keçirəcəyik" - Ərdoğan

25.09.2021

"Gələn ildən "Texnofest"i can Azərbaycandan başlayaraq, digər dost, müttəfiq ölkələrdə də keçirəcəyik".

DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Atatürk hava limanında keçirilən "Texnofest-2021" aviasiya, kosmos və texnologiyalar festivalında bildirib.

O, "Tədbir dünya mediasının gündəmində bir nömrə olmalıdır. "Texnofest"i elə bir marka halına gətirməliyik ki, dünyanın bütün gəncləri bu nüfuzlu texnologiyalar festivalında iştirak etməyə can atsın",- deyərək, beynəlxalq festival səviyyəsində təşkil olunacağını ifadə edib.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus iki "MiQ-29" təyyarəsi də sözügedən festivalda nümayiş olunur.