23 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Sülhməramlıların komandanı dəyişir

25.09.2021

 Qarabağdakı rusiyalı sülhməramlıların komandanı yenidən dəyişir.

DM Unikal.org-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Ermənistan” məlumat yayıb. Bildirilir ki, Mixail Kosobokovun yerinə Gennadi Vladimiroviç Anaşkin gətirilir. General-leytenant Anaşkinin rəsmi təyinatı sabah elan ediləcək.

Gennadi Anaşkin 1968-ci ildə Samarada anadan olub. Ayrı-ayrı vaxtlarda Almaniya, keçmiş Yuqoslaviya, Bosniya və Hersoqovina, Çeçenistanda xidmət edib.

Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin ilk komandiri Rüstəm Muradov olub və onun missiyası sentyabrın 6-da başa çatıb. Muradovun yerinə general-mayor Mixail Kosobokov təyin olunmuşdu.