25 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda tıxac olan yolların SİYAHISI

24.09.2021

Paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, Bakının Alı Mustafayev küçəsi - 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Rəşid Behbudov küçəsi - Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər nəqliyyatın hərəkətində sıxlıq var.

Eyni zamanda Bakı-Sumqayıt şosesi - şəhər istiqamətində də tıxac yaranıb.

Paytaxtın Babək prospekti - Yusif Səfərov küçəsi istiqamətində, Heydər Əliyev prospekti - orta və kənar yol Atletlər kəndinin qarşısından mərkəz istiqamətində, Koroğlu Rəhimov küçəsi - Həsən Əliyev küçəsi istiqamətində, Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsündə sıxlıq müşahidə edilir.