19 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Fərda Xudaverdiyevdən AÇIQLAMA

23.09.2021

Aktyor Fərda Xudaverdiyev "Muz” telekanalında yayımlanan "Üzə-düz” verilişində şəxsi həyatından danışıb.

Aktyor bildirib ki, keçmiş yoldaşı ilə aralarında sevgi olmayıb:

"Qayğısızlıq, çox danışmaq, sevgi görməmək məni bu hala gətirib çıxarıb. Əgər bir münasibətdə xəyanət varsa, onun da səbəbkarı məhz qadındır. Ailə möhkəm olmalıdır. Çalışın ailənizi qoruyun. Xoşbəxtlik gəlinlik, bəylik geyinmək deyil. Hər deyilən sözlərdən qırılmaq lazım deyil. Əgər ayrılmaq istəsəydim, 7 il evli qalmazdım. Bu, Allahın qisməti idi”.

"Vaxtı gələndə yaşadıqlarımın hamısını oğullarıma özüm danışacağam. Zaman hər şeyi göstərəcək haqlıyam, yoxsa haqsızam. Bu gün tam olaraq xoşbəxtəm”, - deyə Fərda Xudaverdiyev qeyd edib.

Xatırladaq ki, aktyor Fərda Xudaverdiyev ilk həyat yoldaşından ayrılaraq ikinci dəfə ailə həyatı qurub. Onun ilk nikahından iki, hazırkı evliliyindən də iki oğul övladı var.