19 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Milli Paralimpiya komandalarına baş məşqçilər təyin olundu

23.09.2021

 Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun "Baş məşqçilərin təyinatı haqqında” olan əmrinə əsasən, 28 avqust - 8 sentyabr 2024-cü ildə Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar olaraq 2021-2024-cü illər üzrə Milli Paralimpiya komandalarına idman növləri üzrə baş məşqçilər təyin olunub.

Bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, əmrə əsasən:

1. İbrahimov İbrahim Eldar oğlu - kişilərdən ibarət cüdo idman növü üzrə milli komandanın,

2. İbrahimov Ramin İbrahim oğlu - qadınlardan ibarət cüdo idman növü üzrə milli komandanın,

3. Panyutin Oleq Viktoroviç - atletika idman növü üzrə milli komandanın,

4. Culfayev Alavərdi Abasoviç - üzgüçülük idman növü üzrə milli komandanın,

5. İbişov İlqar Əsgər oğlu - pauerliftinq idman növü üzrə milli komandanın,

6. Abdullayev Yusif İnqlab oğlu - güllə atıcılığı idman növü üzrə milli komandanın,

7. Abbasov İlqar Əziz oğlu - kamandan oxatma idman növü üzrə milli komandanın,

8. Tağızadə Fərid Əvəz oğlu - para-taekvondo idman növü üzrə milli komandanın,

9. Abdullayev Zahir Abdulla oğlu - qolbol idman növü üzrə milli komandanın,

10. Məhərrəmov İlham Nadir oğlu - boccia idman növü üzrə milli komandanın,

11. Qubuşova Ruqiyyə Heydər qızı - stolüstü tennis idman növü üzrə milli komandanın,

12. Məlikov Asəf Adil oğlu - qılıncoynatma idman növü üzrə milli komandanın,

13. Həsənquliyev Amid Umud oğlu - para-velosiped idman növü üzrə milli komandanın,

14. İsmayılov Məhəmməd Sahib oğlu - qış idman növləri üzrə milli komandanın baş məşqçiləri təyin ediliblər.