26 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan, Türkiyə və İran XİN başçıları görüşəcək

23.09.2021

Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında görüş keçirilib.

DM xəbər verir ki, BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutan görüşdə tərəflər Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin toplantısının keçirilməsinə dair razılıq əldə ediblər.

Nazirlər regional məsələləri müzakirə edib və qeyd olunub ki, indi iki ölkə arasında məsləhətləşmələrə daha çox ehtiyac var.

Məlumata görə, Mövlud Çavuşoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İran Prezidenti İbrahim Rəisini ölkəsinə səfərə dəvət məktubunu Hüseyn Əmirabdullahiana təqdim edib.