09 10 2025-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Dünyada çip böhranı daha da dərinləşib

23.09.2021

 Bu ilin avqust ayında dünyada avtomobil sənayesi üçün nəzərdə tutulan elektron komponentlərin (çip) çatdırılması müddəti daha 6 gün artaraq 21 həftəyə çatıb.

DM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Susquehanna Financial Group” məlumat yayıb.

Məlumata görə, bu, çip tədarükü ilə bağlı müşahidələrin aparıldığı 2017-ci ildən bəri rekord həddir.

Ekspertlər hesab edirlər ki, çip böhranı 2023-cü ilin sonuna qədər davam edə bilər. İndiyə qədər çatışmazlıq qlobal avtomobil sənayesində 110 milyard ABŞ dolları ziyan vurub. Bu ilin başa çatmaqda olan 9 ayı ərzində dünyada istehsal olunmuş avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 milyon ədəd az olub.