03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı Türkiyədə dəhşətli qəza törətdi

22.09.2021

Türkiyədə azərbaycanlı TIR sürücüsü qəzaya səbəb olub.

DM Axar.az-a istinadən xəbər verir ki, İsgəndər Qasımov adlı sürücü Afyonkarahisar-Antalya yolunda naməlum səbəbdən idarəetməni itirib.

Nəticədə onun idarə etdiyi yük maşını bir avtomobilə çırpılaraq yolun əks tərəfinə keçib, əvvəl traktora, daha sonra isə dörd maşına çırpılıb.

Bir neçə metrdən sonra dayanan zaman TIR-ın təkəri yanmağa başlayıb.

Dəhşətli qəza nəticəsində Mehmet Balon adlı bir nəfər ölüb, Mehmet Çakmak və Zeynəb Çakmak isə yaralanıb.

Hadisə yerinə çoxlu sayda xilasedicilər cəlb edilib. Yanğınsöndürənlərin müdaxiləsi ilə yanğını söndürmək mümkün olub.