19 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Azərpoçt"da yeni şöbə yaradıldı

22.09.2021

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Azərmarka MMC-nin Azərpoçt MMC-yə birləşdirilməsi ilə əlaqədar 2-cinin tərkibində yeni Marka şöbəsi yaradılıb.

DM xəbər verir ki, bu barədə Report-a "Azərpoçt"dan məlumat verilib.

Məlumata görə, yeni şöbəyə artıq müdir təyin olunub. Bu, Sitarə Saqıqovadır. O, 2019-cu ildən "Azərmarka"da marketinq və satış şöbəsinin müdiri, daha sonra şirkətin direktor müavini işləyib.

Xatırladaq ki, "Azərmarka”nın bütün hüquq və öhdəliklərinin "Azərpoçt"a ötürülməsində məqsəd nazirliyin strukturuna daxil olan və olmayan qurumların fəaliyyətinin optimallaşdırılması, səmərəliliyin artırılması və resurslardan ümumi istifadənin təmin olunmasıdır.