09 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əkiz pilotların şok planı: FETÖ işində yeni HƏBS

16.08.2018

Türkiyədə keçirilən FETÖ əməliyyatı nəticəsində FETÖ-nun bir ailənin 3 oğlunu kiçik yaşlarından himayə edərək pilot kimi yetişdirdiyi məlum olub.
"Dövran Media" xəbər verir ki, qruplaşma imtahan suallarını öncədən verərək hər 3 qardaşın pilot məktəbinə qəbul edilməsinə və ordu sıralarına daxil olmasına zəmin yaradıb.
Qardaşlardan böyüyü İbrahim Poyraz 15 iyul çevriliş cəhdi zamanı 2 hərbçini əsir götürdüyü üçün həbs olunub. Əkiz olan digər qardaşlar isə uzun müddət özlərini gizlətməyi bacarıblar. Hətta Yunus Poyraz adlı FETÖ üzvü çevriliş cəhdindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsini mühafizə edən hava dəstəsindəki pilotlardan biri olub.
Baylok belə istifadə etmədikləri üçün uzun müddət gizlənə bilən FETÖ-çu əkizlər Balıkəsirdəki 9-cu hava bazasında xidmət aparıblar. FETÖ istintaqı nəticəsində qruplaşmaya üzv olduqları məlum olan qardaşlardan əvvəlcə Əmrə Poyraz, daha sonra isə Yunus Poyraz həbs edilib. Hər 3 qardaş ordudan xaric edilib.