19 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə Krımda keçirilən Duma seçkilərinin legitimliyini tanımadı

21.09.2021

 Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyada keçirilən parlament seçkilərinə münasibət bildirib. 

DM xəbər verir ki, türkiyəli nazir Krımda keçirilən Duma seçkilərinin legitimliyini tanımadıqlarını bəyan edib.

Məsələyə münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ankranın mövqeyindən narazı qalıb:

"Kreml Ankaranın Krımda keçirilən seçkilərin qeyri-legitimliyi barədə açıqlamasını qəbul etmir və bunu türkiyəli həmkarlarına açıq şəkildə söyləyir".

Peskov Ankaranın Krım məsələsi ilə bağlı mövqeyini qarşıdakı illərdə dəyişəcəyinə ümid etdiklərini əlavə edib.