Braziliya prezidentinə Nyu-Yorkda QADAĞA 
    
                          
     
                         21.09.2021
 
    
                        BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka gələn Braziliya prezidenti Jair Bolsonaru çöldə nahar etməyə məcbur olub.
Belə ki, dövlət başçısı koronavirusa qarşı peyvənd olunmadığı üçün ənənəvi Braziliya mətbəxi təqdim edən restorana buraxılmayıb.
Qeyd edək ki, şəhərdə mövcud sanitar normalara əsasən, vaksinasiya olunmayanların qapalı iaşə obyektlərinə girişi qadağan edilib.