28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Devid Bekhemin oğlu peşəkar futbolda debüt edib

20.09.2021

İngiltərənin əfsanəvi futbolçusu Devid Bekhemin oğlu Romeo peşəkar futbolda debüt edib. O, sentyabrın 19-da USL-ın Birinci Liqasında "Tormenty” ilə qarşılaşan "Fort Loderdeyl” komandasının tərkibində oynayıb.

Məşhur oyunçunun oğlu, atası kimi sağ cinahda oynayacaq.

Romeo Bekhem karyerasında ilk peşəkar müqaviləsini sentyabrın 4-də imzalayıb. 19 yaşlı oyunçu MLS-də çıxış edən "İnter Miami”nin rezerv komandası olan "Fort Loderdeyl” ilə razılaşıb. Mütəxəssislərin fikrincə, o, həm hücumda, həm də müdafiədə oynamağı bacaran çox yönlü sağ yarımmüdafiəçidir.