28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türk Dünyası Sosial Elmlər Konfransı UNEC-də keçiriləcək

20.09.2021

27-29 sentyabrda UNEC-də Türk Dünyası Araşdırmaları Vəqfi, Sakarya Universitetinin dəstəyi ilə XIX Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konfransı keçiriləcək.

DM xəbər verir ki, konfransda Türkiyənin millət vəkili Prof.Dr.İsmail Tatlıoğlu, Türk Dünyası Araştırmaları Vəqfinin rəhbəri Közhan Yazgan, Türkiyənin Sakarya, Ankara Hacı Bayram Veli, Niğde Ömər Halisdemir, Manas universitetlərinin, İzmir Yüksək Teknologiyalar İnstitutunun, Qərbi Makedoniyanın Uluslararası Vizyon Universitetinin, Qazaxıstanın Miras Universitetinin rektorları, eləcə də Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzinin, Türk Dili Kurumunun rəhbərləri və digər nüfuzlu qonaqlar olacaqlar.

Xarici qonaqların Qarabağa səfəri də planlaşdırılır.