28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan Ərdoğanla gizli görüş keçirilməsini təklif etdi

20.09.2021

 Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan gizli görüş keçirilməsini istəyib.

DM xəbər verir ki, bunu T.Ərdoğan BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfərdən öncə keçirilən mətbuat konfransında deyib.

T.Ərdoğan bildirib ki, Paşinyanın bu istəyini ona Gürcüstanın Baş naziri deyib:

"Ermənistan baş naziri Nikol Paşinyanın görüş keçirilməsi ilə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistanın müsbət addımlar atması lazımdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrə başlayar".