Covid-19-un yeni variantı daha da qorxuludur 
    
                          
     
                         20.09.2021
 
    
                        Dünyada ilk olaraq 2019-cu ilin son günlərində Çinin Uhan şəhərində meydana çıxan və 5 milyona yaxın insanın ölümünə səbəb olan koronavirusla bağlı ən qorxulu proqnoz reallaşıb.
Belə ki, Yer əhalisinin əsl kabusuna çevrilən ölümcül virus dayanmadan özünü təkmilləşdirir.
Son olaraq "Delta” variantı ilə pandemiya sanki ikinci nəfəs qazanıb.
Alimlərin ehtimallarına görə, hazırda virus havada daha aktiv yayıla bilmək üçün mütasiya keçirir. Odur ki, yaxın aylarda koronavirusun daha sürətlə yayılan yeni variantının ortaya çıxacağı gözlənilir.