25 08 2025-cu il Bakı 30 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

18.09.2021

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub.

Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib.

Hazırda Yanıqlı kəndində elektrik enerjisinin verilişi dayanıb. Dəyən ziyanın aradan qaldırılması üçün kəndlərə Rayon İcra Hakimiyyətinin aidiyyəti üzrə rəsmiləri cəlb edilib.