05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rus qırıcısı Türkiyə sərhədini keçdi

16.09.2021

Rusiyanın Hava-Kosmik Qüvvələrinin təyyarələri Suriyanın İdlib vilayətinldəki Həmama, Məzra və Zərzur yaşayış məntəqələrinə raket-bomba zərbələri endirib.

DM xəbər verir ki, həmin yaşayış mənqtəqələri İdlibdəki deeskalasiya zonasında yerləşir.

Məlumata görə, İdlibə hücumda Rusiya 3 hərbi təyyarədən istifadə edib.

Zurzur kəndinə hücum zamanı Türkiyənin qeyri-hökumət təşkilatının yetim və kimsəsiz uşaqlar üçün inşa etdiyi binalar hədəf seçilib. Bombalardan biri binalar kompleksinin 100 metrliyinə düşüb.

Həlak olanlar və yaralılar barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, Rusiyanın İdlibə hücumu Suriya prezidenti Bəşər Əsədin Moskvaya qəfil rəsmi səfərindən sonra başlayıb. Bu səfərlə bağlı istər Dəməşq, istərsə də Moskvadakı rəsmi mənbələr heç bir ilkin rəsmi məlumat verməmişdilər.

Kremldə bağlı qapılar arxasında keçirilmiş danışıqların məzmunu barədə də heç bir rəsmi məlumat verilməyib.

Bildirilib ki, Rusiyanın təyyarələri Suriya-Türkiyə sərhədinin bilavasitə yaxınlığında əməliyyatı gerçəkləşdiriblər. Təyyarələrdən birinin sərhədi pozaraq, Türkiyənin hava məkanında 10-15 saniyə hərəkət etdiyi də vurğulanıb.

Bu səbəbdən Türkiyə Hərbi-Hava Qüvvələrinin İncirlik aviabazasından səmaya qalxan F-16 qırıcıları hadisə bölgəsinə uçublar.