05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şagirdlərin zəif nəticə göstərdiyi fənn açıqlandı

16.09.2021

"Beynəlxalq qiymətləndirmələrin nəticəsi zamanı məlum oldu ki, şagirdlərin təbiət fənləri üzrə bilikləri nisbətən zəifdir”.

DM-in məlumatına görə, bunu "Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə Təhsil İnstitunun direktoru Rüfət Əzizov bildirib.

Onun sözlərinə görə, bu məqsədlə "Azərbaycanda ümumi təhsilin dövlət standartlarında” təbiət fənninin təliminə qərar verilib:

"Təhsil Nazirliyinin dəstəyi ilə "Təbiət-5” dərslik komplekti hazırlanaraq ölkə üzrə 132 məktəbdə pilot sınağa təhvil verilib. Yeni dərslik V siniflərdə tədris olunacaq. Dərslik ilk dəfə tətbiq edildiyindən bu fənni tədris edəcək pilot siniflərin müəllimlərini təlimləndirmək məqsədi ilə dərslik müəllifləri tərəfindən treninqlər təşkil edilib”.

"Bu dərsliyin gələcəkdə VI siniflərdə də keçirilməsi nəzərdə tutulur. VII sinifdən isə təbiət fənləri kimya, biologiya və fizika fənləri olaraq ayrılacaq” - deyə o qeyd edib.