09 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rahib ev dustaqlığına buraxılmadı - Ankaradan ŞOK QƏRAR

15.08.2018

Türkiyənin İzmir 2-ci Ağır Cinayətlər Məhkəməsi rahib Endrü Bransonun etiraz ərizəsinə cavab verib.
"Dövran Media" Anadolu Ajansına istinadən xəbər verir ki, hakim ev həbsi və ölkəni tərk etməyə qadağa qərarına etirazı ikinci dəfə rədd edib.
Bu qərarı üst məhkəmə olaraq İzmir Üçüncü Ağır Cinayətlər Məhkəməsi araşdıracaq.
Qeyd edək ki, Türkiyə və ABŞ arasında gərginliyə səbəb olan rahib Fətullah Gülən və Endrü Branson dəyişdirilməsi məsələsi hələ tərəflər arasında ciddi müzakirələrə səbəb olur. Rahib Branson Türkiyədə dekabrın 9-u 2016-cı ildə məqsədyönlü şəkildə Fətullah Gülənin terror təşkilatı və PKK terrorçuları ilə əlaqələr yaradaraq Türkiyəyə qarşı cinayət işləməkdə ittiham olunur. Türkiyə onu ABŞ-da sərbəst şəkildə fəaliyyət göstərən Fətullah Gülənin təhvil verilməsi müqabilində ABŞ-a qaytarcağını bildirib.