05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanın Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

16.09.2021

 Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Razaya başsağlığı ünvanlayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Başsağlığında deyilir:

"Cənubi Vəziristan əyalətinin Asman Manza bölgəsində kəşfiyyat əsaslı antiterror əməliyyatı zamanı qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması və yaralanması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olanlara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm”.