02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Novruz Aslanov Qarabağa səfər etdi

15.09.2021

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti, millət vəkili Novruz Aslanovun rəhbərlik etdiyi Cəmiyyətin nümayəndə heyəti Qarabağa səfər edib.

DM xəbər verir ki, səfərin məqsədi işğaldan azad olunmuş Füzuli, Cəbrayıl rayonlarına və Ağdam şəhərinə dəymiş humanitar zərərin qiymətləndirilməsi, gələcəkdə AzQAC-ın digər rayonlarında məskunlaşmış yerli ofislərinin həmin bölgələrə köçürülməsi məsələsini nəzərdən keçirmək olub. Novruz Aslanov Füzuli, Cəbrayıl, Ağdam rayonlarının icra hakimiyyəti başçıları, həmçinin Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynovla görüşmüş, onlarla humanitar sahədə gələcək perspektivlər barədə fikir mübadiləsi aparmışdır. Novruz Aslanovun həmin rayonların yerli bölmələrinin könülləri ilə də görüşü olmuş və İkinci Qarabağ müharibəsi dövründə öz üzərilərinə düşən humanitar missiyanı layiqincə yerinə yetirdiklərinə görə onlara təşəkkür etmişdir.

Nümayəndə heyəti Cəbrayıl və Füzuli rayonlarında mina təhlükəsinin olması səbəbini nəzərə alaraq, təhlükəsiz ərazilərə gedərək erməni vandallığının canlı şahidi olublar. Ağdam şəhərində məscidi və Şahbulaq qalasını ziyərət edib, sürətlə gedən bərpa işləri ilə tanış olmuşlar.

Novruz Aslanov bildimişdir ki, qısa müddətdə Qarabağda həyata keçirilən bərpa-tikinti işlərində bütün əlaqədar qurumların əməkdaşları yorulmadan və çox böyük həvəslə çalışırlar. Bu mənzərəni görmək bizim üçün qürurvericidir. Cənab Prezident İlham Əliyevin vurğuladığı əsas məsələlərdən biri də tezliklə köçkünlərimizin öz yurdlarına qayıtmasıdır və bunun üçün dövlətimiz bütün resurslarını səfərbər edib.