02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsrail əsgərləri 30 fələstinlini yaraladı

14.09.2021

Fələstinlilər işğal olunmuş Nablus şəhərində İsrail həbsxanalarında olan fələstinli məhbuslara dəstək olaraq nümayiş keçiriblər.

DM xəbər verir ki, fələstinlilər Havara keçid məntəqəsinə toplaşaraq İsrail tərəfindən sistematik təzyiq və işgəncələrə məruz qalan məhbusların qorunmasını tələb ediblər.

İsrail əsgərləri nümayişə rezin güllə və gözyaşardıcı qazla müdaxilə edərək 30 fələstinlini yaralayıb. Nablusdakı Fələstinli Qızıl Aypara nümayəndəsi Əhməd Cəbril, verdiyi açıqlamada, İsrail əsgərlərinin Nablusdakı nümayişə müdaxiləsi nəticəsində jurnalist və bir qadın da daxil olmaqla 10 nəfərin plastik güllə ilə vurulduğunu qeyd edib.