07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fransada helikopter qəzası baş verdi

13.09.2021

 Fransada 5 ekipajı olan bir mülki təhlükəsizlik vertolyotunun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb. 

DM xəbər verir ki, Fransada 5 nəfəri daşıyan "EC145" mülki təhlükəsizlik vertolyotu yerli vaxtla 16:30-da Villard-de-Lans şəhəri yaxınlığında qəzaya uğrayıb. Daxili işlər naziri Gerald Darmanın sosial media hesabında paylaşdığı ilkin məlumatlara görə, ölən 1 nəfərin  mülki təhlükəsizlik texniki olduğu məlum olub. 

Fransa prezidenti Emmanuel Makron da sosial media hesabında başsağlığı mesajı paylaşıb: 

"Vətəndaş təhlükəsizliyi qəhrəmanlarından birini itirdik, yaxınlarının dərdinə şərikik".

Qalan ekipaj üzvlərinin sağlıq durumu və qəzanın səbəbləri hələ ki, məlum deyil.