06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-la Yunanıstan arasında saziş imzalanacaq

13.09.2021

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq.

Bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib.

O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətindən azad edəcək.

Hökumət başçısının sözlərinə görə, yeni müqavilə ilə ABŞ "əvvəllər olmadıqları yerlərdə” də təmsil olunacaq ki, bu da ölkələr arasındakı strateji əməkdaşlıqdan xəbər verir.